Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "9 noyabr Dövlət Bayrağı günü" ilə əlaqədar tədbir keçirilmişdir.

07 noyabr 2019 | 16:00

Xızı rayonu Heydər Əliyev Mərkəzində  "9 noyabr Dövlət Bayrağı günü" ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.  Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.  Digər çıxışçıların mövzu ətrafında nitqlərindən sonra  R.İsmayılov adına tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya  ilə davam etmişdir. Sonda tədbir iştirakçılarının iştirakı ilə yürüş keçirilmişdir. 

 

Keçidlər