Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifə səlahiyyətlərindən sui-istifadə

13 may 2020 | 16:00

Cəmiyyətin inkişafına hədəflənən islahatlar o zaman uğurlu gedir və nəticələnir ki, həmin ölkənin idarəçilik sistemində korrupsiya və rüşvətxorluq olmasın. Ona görə  də bu gün korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ölkə Prezidentinin daha çox diqqət yetirdiyi prioritet sahələrdən biridir.

Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan  bəzi vəzifəli şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talanması səbəblərindən həbs olunmuş Yevlax şəhər, Ağstafa, Neftçala, Biləsuvar Rayon İcra hakimiyyətlərinin keçmiş başçılarının düşdükləri vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu. Həmin icra başçıları xalqın hüquqlarını tapdalamaqla, sahibkarlığa ciddi şəkildə mane olmaqla, insanların mülkiyyətini mənimsəməklə, özlərinə külli miqdarda vəsait yığmaqla, dünyanın ayrı-ayrı yerlərində böyük mülklərə sahib olmaqla məşğul olublar. Onların gözündə  xalqa, Vətənə xidmət, milli-mənəvi dəyərlər öz əhəmiyyətini çoxdan itirib.

korrupsiyaya meyilli məmurlarla və digər vəzifəli şəxslərlə mübarizə prosesi ciddi, sistemli şəkildə davam etdirilir. Onlar qanunsuzluqlarını, bu əməllərlə yığdıqları haram pulları, sərvətləri  çox uzun müddət gizlədə bilməyəcəklər.  

 Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa verməlidir. Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil.

Keçidlər