Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

27 sentyabr 2021 | 16:00

27 sentyabr – Anım Günü ilə bağlı rayon ərazisində silsilə tədbirlər təşkil olunub. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib, Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz  xatirəsini ehtiramla yad etmişlər. Sonra isə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilimişdir.
Sonda Xızı – Altıağac avtomobil yolunun 1- km də  şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada 500 ağac əkilib.

 

Keçidlər