Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

İdarənin adı: Xızı Qaz İstismar Sahəsi
Ünvanı: Xızı rayonu Xızı şəhəri Heydər Əliyev küçəsi 1
Əlaqə telefonu: (023)-315-02-45
Rəhbərin adı: Vəzirov Fərhad Elmar oğlu

Fəaliyyəti haqqında qısa məlumat:
Xızı QİS xıdmət ərazisində istehlakçıların təbii qazla təminatını həyata keçirməklə 3496 əhali abonentinə və 109 təşkilat və müəssisələrə xidmət göstərir. 3496 nəfər abonent sayğacla təmin olunub, 100% abonent sayğaclaşdırılmışdır. Xidmət ərazisi 1 hissədən ibarətdir: Abonentlər D=530 mm-lik Yaşma-Siyəzən qaz kəmərindən, D=1200 mm-lik Mazdok-Qazıməmməd qaz kəmərindən götürməklə qazla təchiz edilir. Qaz kəmərinin ümumi uzunluğu 139679 m-dir. Rayon ərazisində baş vermiş qəzaların vaxtında aradan qaldırılması, çağırışların qeydiyyatı və abonentlərin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə QİS-in Qəza Dispetçer Xidmətində 104 və 5-02-58 telefon xidmətləri daimi fəaliyyət göstərir.
Xızı Qaz İstismar Sahəsində 38 işçi işləyir o cümlədən, 2 rəhbər 6 mütəxxəssis, 30 fəhlə.

 

İdarənin adı: Xızı Elektrik Şəbəkəsi
Ünvanı: Xızı şəhəri, Zəngəzur küçəsi 28
Əlaqə telefonu: (023)-315-03-70
Rəhbərin adı:  Alıyev Elxan Azad oğlu

Fəaliyyəti haqqında qısa məlumat:
Xızı Elektrik şəbəkəsi 2006-cı ildən fəaliyyətə başlamış, şəbəkənin xidmət ərazilərinə daxil olan Xızı şəhəri, Altıağac, Giləzi, Şuraabad qəsəbələri, Yeni Yaşma, Sitalçay, Xələnc, Fındığan, Tıxlı, Qarabulaq, Yarımca, Safbulaq və Türkoba kəndlərini elektrik enerjisi ilə təmin edir. Abonentlərin ümumi sayı  3291, sayğaclaşma isə 98,5 %. Hal hazırda Xızı Elektrik şəbəkəsində 47 nəfər çalışır.

 

İdarənin adı: 3 saylı Yol İstismarı İdarəsi
Ünvanı: Xızı rayonu, St.Yaşma
Əlaqə telefonu: (023) 314-98-02
Rəhbərin adı: Rzayev Hidayət Rza oğlu

Fəaliyyəti haqqında qısa məlumat:
3 saylı Yİİ Xızı rayonu üzrə 254 km yollara nəzarət edir, onlardan 223 km yerli əhəmiyyətli, 31 km isə respublika əhəmiyyətlidir. Mütamadi olaraq küveytlər təmizlənir, işıq əks etdirən stolbalar əhənglənir, yol çiyinləri bərkidilir. Qış aylarında yollar daim nəzarət altındadır, belə ki, qış mövsümünə hazırlıqla əlaqədar olaraq yol kənarlarına qara qarışıqları tədarük edilmiş, qar yağdığı zaman mütamadi olaraq yollar təmizlənir və buzun əriməsi üçün qum-duz qarışığı səpilir.

 

İdarənin adı: Xızı Sukanal idarəsi
Ünvanı: Xızı şəhər H. Əliyev prospekti 3
Əlaqə telefonu: (023) 315-01-21
Rəhbərin adı: Məmmədov Yusif Nadir oğlu

Fəaliyyəti haqqında qısa məlumat:
Xızı Sukanal idarəsi Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 252 saylı sərancamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kobinetinin 2005-ci il 22 mart tarixli 50saylı qərarına əsasən “Azərsu” ASC-nin 29 mart 2005-ci il tarixli 55/5 saylı əmri ilə yaradılmışdır.
Idarə Xızı şəhərinə və 11  kəndə xidmət göstərməklə 9358 abonentə və 2925 nəfərə xidmət göstərir.
Həmin ərazilərdə magistral su xəttləri d159-d100 mm-lik polad borulardan ibarətdir. Xəttlərin uzunluğu 55000 p/m, şəhər və kənddaxili su xətlərinin uzunluğu isə 68000 p/m olmaqla d100-d50 dəmir borulardan ibarətdir.Ümumi tutum magistral 17.5 km, küçələr üzrə 28.8 km


 

Keçidlər