Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

 

   Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

-12.02.2012-ci il tarixli Sərəncamla 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10.0min manatı RİH-ə ayrılmışdır.

- 06.11.2013-cü il və 12.06.2014-cü il tarixli Sərəncamlarla 4 min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsinin birləşdirən, ümumi uzunluğu 20.5 km olan Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən 3.0 və 10.0 min manat olmaqla cəmi 13.0 min manat vəsait RİH-ə ayrılmışdır.

-23.07.2014-cü il tarixli Sərəncamla rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan RİH-ə 2.0 min manat vəsait ayrılmışdır.

-23.07.2014-cü il tarixli Sərəncamla Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4.0 min manat ayrılmışdır.

Keçidlər